Qurban Qurbanov: Fikrimiz hələ də Avropa Liqasındadı
01.09.2013 - 21:20
Qurban Qurbanov: Fikrimiz hələ də Avropa Liqasındadı
“Bizim üçün ağır oyun oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Topaz Premyer Liqasının V turunda AZAL-a məğlub oldu – 0:1. Oyundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov yenilgiyə belə şərh verib: “Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı”
pfl.az