Vaqif Sadıqov “Qarabağ”ı ölkənin ən güclü komandası sayır
01.09.2013 - 21:27
Vaqif Sadıqov “Qarabağ”ı ölkənin ən güclü komandası sayır
Topaz Premyer Liqasının V turunda “Qarabağ” üzərində qələbə qazanan AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər”in çalışdırıcısı Ağdam təmsilçisinin ölkənin ən güclü komandası adlandırıb: “Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” bizdən üstün komandadı. Erkən qol vurduq, qalib gəldik. Komandaya qələbəyə görə təşəkkür edirəm”.

Xatırladaq ki, 1:0 hesabı ilə qələbə qazanan AZAL turnir cədvəlində birinci pilləyə yüksəlib.