3-ü oynadı, 3-ü baxdı, 1-i istirahət etdi
02.09.2013 - 08:11
Türkiyə çempionatının I liqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, rekord sayda – 7 futbolçumuzun çıxış etdiyi çempionatın III turunda onlardan üçü - Usim Nduka, Arif İsayev və Fərid Quliyev meydana çıxıb. Bir futbolçumuzun komandasının istirahət etdiyi turda 3 oyunçu klubunun oyununda meydana çıxmayıb.
Müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayevin oynadığı “Dənizlispor” “Balıkəsirspor”la səfər oyununda darmadağın olub. Komandasının 0:3 hesabı ilə udzuduğu görüşdə Saşa “18-liy”ə düşməyib, Arif isə son 15 dəqiqədə meydanda olub.
Qapıçı Davud Kəriminin formasını geydiyi “Fəthiyəspor” isə “Samsunspor”la səfər matçında xalsız qalıb – 0:2. Qolkiperimiz bu qarşılaşmada ehtiyatda qalıb.
Milliləşən legionerlərimiz - qapıçı Andrey Popoviçlə müdafiəçi Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” səfərdə “Bucaspor”u 2:1 hesabı ilə məğlub edib. Andreyin ehtiyatda qaldığı matça start heyətində başlayan Nduka isə 65-ci dəqiqədə əvəzlənib.
Hücumçu Fərid Quliyevin şərəfini qoruduğu “Kahramanmaraşspor” səfərdə “Şanlıurfaspor2a uduzub – 0:1. Həmyerlimiz ilk 2 turda olduğu kimi yenə meydana sonradan daxil olub. Bu dəfə Quliyev 71-ci dəqiqədə oyundaşını əvəzləyib.
Branimir Subaşiçli “Orduspor” isə bu tur istirahət edib.
Qeyd edək ki, 3 turdan sonra təmsilçilərimizin komandaları arasında ən yaxşı nəticəyə “Orduspor” malikdir. Subaşiçin komandası 4 xalla 5-ci pillədə qərarlaşıb.

0
0