“Qarabağ”ın müdafiəçiləri Deyan Kelharla oyuna çağırıldı
02.09.2013 - 08:35
“Qarabağ”ın müdafiəçiləri Deyan Kelharla oyuna çağırıldı
Ötən ay Ermənistanla yoldaşlıq oyuna çağırılan “Qarabağ”ın aparıcı futbolçuları Ansi Aqolli ilə Admir Teli bu dəfə də millisindən dəvət alıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni De Biasi Ağdam klubunun müdafiəçilərini Sloveniya və İslandiya ilə seçmə görüşlərə çağırıb.

Sloveniya ilə qarşılaşma sentyabrın 6-da Lyublyanada olacaq. İslandiya ilə oyun isə ayın 10-da Reykyavikdə baş tutacaq.

Qeyd edək ki, Aqolli ilə Teli Deyan Kelharla Sloveniyanın paytaxtında üz-üzə gəlmək imkanı əldə edib. Çünki “Qəbələ”nin müdafiəçisi də Sloveniya millisindən növbəti dəvətini alıb.