Stepan Polyak: “İnter” ikinci hissəyə arxayın çıxmışdı
02.09.2013 - 10:11
Stepan Polyak: “İnter” ikinci hissəyə arxayın çıxmışdı
“Komandamız ilk yarıya yaxşı başlamadı. Böyük səhv etdik və nəticədə qapımızdan top buraxdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun futbolçusu Stepan Polyak deyib.

Zaqatala təmsilçisi Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə “İnter”i məğlub etdi.

Qazanılan 2:1 hesablı qələbədən sonra xorvatiyalı yarımmüdafiəçi bildirib ki, rəqibin ikinci yarıda arxayınlaşması “Simurq”un xeyrinə olub: “İkinci hissədə daha yaxşı oynadıq. Vurduğumuz ilk qola qədər bizim də yaxşı şanslarımız vardı. Yaxşı ki, bundan yararlanıb 2 qol vurduq. Qalib gəldiyimiz üçün şadıq. İkinci hissədə rəqibdə bir az arxayınçılıq hiss olunurdu. Amma biz də yaxşı oynadıq. Rəqib qapısına tez-tez hücumlar təşkil etdik. Komandamızdakı oyunçu əvəzləmələri də çıxışımıza təsir etdi. Fikrimcə, çox çalışdıq və haqqımız olan 3 xal qazandıq. “Simurq” və “İnter”in qardaş komanda adlandırılmasını da düzgün hesab etmirəm. Bu, bir hekayədi”.