“Qarabağ”ın vuran ayağı “Hoffenhaym”a keçə bilər
02.09.2013 - 10:20
Avropa Liqasının təsnifat mərhələsindəki uğurlu çıxışdan sonra “Qarabağ”ın futbolçularından birinin xarici klubların maraq dairəsinə düşdüyü iddia olunur. Apasport.az xəbər verir ki, Almaniya saytlarından birində “Hoffenhaym”ı gücləndirə biləcək futbolçular sırasında Reynaldo dos Santosun adı hallanıb.
Bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi Almaniya klubunun maraq dairəsində olan 2 oyunçudan biridi. İddiaya əsasən, “Hoffenhaym” Rikardo Vaz və “Qarabağ”ın üzvünü heyətinə qatmaq fikrinə düşüb.
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl isə apasport.az saytına açıqlamasında məsələdən xəbərsiz olduqlarını bildirib: “Avropa Liqasından sonra heç bir klubdan futbolçularımızla bağlı müraciət almamışıq. Reynaldonun Almaniya klubunun maraq dairəsində olmasından da xəbərimiz yoxdu”.
Qeyd edək ki, avrokuboklarda 5 qol vuran Reynaldo “Qarabağ”ın cari mövsüm üçün ən məhsuldar oyunçusu olub.

0
0