Reynaldo: “Qarabağ”da qalacam
02.09.2013 - 12:41
Reynaldo: “Qarabağ”da qalacam
“Almaniya klubunun maraq dairəsində olmağım haqda heç nə bilmirəm”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo dos Santos deyib.

24 yaşlı yarımmüdafiəçi Almaniyanın “Hoffenhaym” klubunun maraq dairəsində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Reynaldo bütün bunlardan xəbərsiz olduğunu, hazırda şərəfini qoruduğu “Qarabağ”ı tərk etmək niyyətində olmadığını bildirib: “Bu haqda heç nə eşitməmişəm. Hansı komandanı deyirlər? “Hoffenhaym”? Mən “Qarabağ”da xoşbəxtəm. Başqa klub haqda düşünmürəm”.

Qeyd edək ki, Reynaldo “Qarabağ”a bu ilin iyununda transfer olunub.