Hakimlərimiz Moldova – Uels matçında
02.09.2013 - 13:57
Hakimlərimiz Moldova – Uels matçında
FİFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - Uels oyununda iştirak edəcək.

Sentyabrın 10-da baş tutacaq görüşün baş hakimi olacaq. Moldovadakı görüşdə ona Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.

Mənbə: affa.az