Sumqayıt və “Şükrü Saracoğlu”da oxşar səhvlər: Oyun yenidən keçirilə bilərmi?
02.09.2013 - 15:03
Topaz Premyer Liqasının V turu ciddi hakim səhvi ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” – “Rəvan” qarşılaşmasının baş hakimi Fariz Yusifovun kobud səhvi diqqət mərkəzinə düşüb.
Belə ki, təcrübəli referi matçın 68-ci dəqiqəsində “Rəvan”ın yarımmüdafiəçisi Ramazan Abbasova sarı vərəqə göstərib. O, bir də 89-cu dəqiqədə adıçəkilən futbolunu simulyasiyaya görə sarıya “qonaq” edib. Belədə Abbasova həm də qırmızı vərəqə göstərilməli, futbolçu meydandan qovulmalı idi.
Lakin Yusifov bunu unudub. Təxminən 3-4 dəqiqədən sonra dördüncü hakim Xəlil Hüseynlinin xəbərdarlığı sayəsində səhvini başa düşür və futbolçunu meydandan qovun Ramazanın qovulmasından 1 dəqiqə sonra isə oyun yekunlaşdırılır.
Maraqlıdır, görəsən bu cür xətaların nəticəsi nədir?
Axtarsaq, bu cür hadisələrin çox baş verdiyini görərik. Yusifovun səhvi ilk deyil. Daim diqqətlə izlədiyimiz Türkiyə çempionatında təxminən 10 il əvvəl analoji hal baş verib.
2003/04-cü il mövsümündə “Fənərbaxça”nın “Şükrü Saracoğlu” stadionunda keçirilən və 1:1 hesabı ilə yekunlaşan “Çaykur Rizəspor”la oyununda da belə hadisə yaşanmışdı. Matçın hakimi Ali Aydın 86-cı dəqiqədə qonaqlardan Qustavo Viktoriyaya iki sarı vərəqə göstərsə də, ona qırmızı verməyi unutmuşdu. Nəticədə ciddi qayda pozuntusu kimi dəyərləndirilən oyun yenidən keçirilib və “Fənərbaxça” 4:1 hesabı ilə qələbə qazandı.
Bəs bizdə necə olmalıdı: Oyun yenidənmi keçirilməlidi?
Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov apasport.az saytına açıqlamasında bu suallara aydınlıq gətirib: “Bu oyunda baş verən təmiz hakim səhvidir. Hakimin səhv etməsi ilə bağlı məsələyə Hakimlər Komitəsi baxacaq. Oyunun yenidən keçirilməsi məsələsi isə mümkün deyil. Əsasnamədə də belə bir şey nəzərdə tutulmayıb. Çünki bu, sadəcə texniki səhvdir”.

0
0