AZAL-ın yarımmüdafiəçisi Ekvatorial Qvineya ilə oyuna çağırıldı
02.09.2013 - 15:33
AZAL-ın yarımmüdafiəçisi Ekvatorial Qvineya ilə oyuna çağırıldı
AZAL-ın yeni futbolçularından olan Samuel Barlay yığmasından növbəti dəvəti alıb. Apasport.az saytının məlumatına görə, gənc baş məşqçi Conni Makkinstri Ekvatorial Qvineya ilə seçmə oyun üçün dayaq yarımmüdafiəçisini də çağırıb.

Heyətdə “Rəvan”ın sabiq müdafiəçisi, ABŞ-ın “DiSi Yunayted” klubunda baxışda olmuş Şeriff Suma da var. Əvəzində isə “Bakı”nın sabiq müdafiəçisi, hazırda işsiz olan İbrahim Karqbo və “Neftçi”yə məxsus olan, ancaq BƏƏ-nin “Əl-Şaab” klubunda çıxış edən Julius Vobay yenə şimali irlandiyalı məşqçidən dəvət almayıb.

Qeyd edək ki, Syerra-Leonenin Ekvatorial Qvineya ilə oyunu sentyabrın 7-də Fritaun şəhərində keçiriləcək.