Əli Gökdəmir “Ayntraxt”a qarşı 75 dəqiqə oynadı
02.09.2013 - 16:26
Millimizin futbolçusu Əli Gökdəmir “Hannover 96”nın U-23 komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi autsayderlərdən olan Norderştedt “Ayntraxt”ını qəbul edib.
Bu qarşılaşmada meydan sahibləri hesabda geridə olsa da, fasilədən sonra vurduğu 3 qolla əzmkar qələbə qazanıb – 3:1. Qarşılaşmada Gökdəmir start heyətində meydana çıxıb. O, 75-ci dəqiqədə yerini bosniyalı Almir Kasumoviçə verib.

0
0