Ağayev milidən kənarlaşdırıldı
02.09.2013 - 16:47
Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, Səlahət Ağayev dünəndən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda başlayan hazırlıqlardan uzaqlaşdırılıb.
Topaz Premyer Liqasının III turunda AZAL-la oyunda başından zədələnməsi qapıçının millinin İsrailə aparılacaq heyətindən çıxarılmasına səbəb olub. Səlahəti “Bakı”nın qolkiperi Aqil Məmmədov əvəzləyəcək.
Qeyd edək ki, yığmanın heyətində “Bakı”nın digər qapıçısı Kamran Ağayev də var.

0
0