“İnter”in sabiq qapıçısı Gürcüstanda oynayacaq
02.09.2013 - 17:44
Yayda “İnter”in yollarını ayırdığı Revaz Tevdoradze vətənində özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, o, “bankirlər”ə qədər oynadığı Gürcüstanın “Çixura” klubunda karyerasını yenidən davam etdirəcək. Gürcüstanlı qapıçı Saçxete klubunda “30” nömrəni daşıyacaq.
Qeyd edək ki, “Çixura”da “İnter”in başqa sabiq futbolçusu da çıxış edir. Bu, 2009-2011-ci illərdə ölkəmizdə oynamış sağ cinah yarımmüdafiəçisi David Odikadzedir.
Qeyd edək ki, “Çixura”da “İnter”in başqa sabiq futbolçusu da çıxış edir. Bu, 2009-2011-ci illərdə ölkəmizdə oynamış sağ cinah yarımmüdafiəçisi David Odikadzedir.
0
0