Eli Qutman: Biz Azərbaycanla oyuna kimi tam hazır vəziyyətdə olacağıq
02.09.2013 - 18:03
 Eli Qutman: Biz Azərbaycanla oyuna kimi tam hazır vəziyyətdə olacağıq
İsrail millisinin baş məşqçisi Eli Qutman üçün millimiz və Rusiya ilə görüşlər eynidir. Apasport.az saytının məlumatına görə, 55 yaşlı məşqçi qarşıdakı 2 seçmə mərhələ oyunu haqda fikirlərini bildirib.

“Hazırda bizdə zədəli oyunçuların sayı o qədər də az deyil. Bununla belə, biz oyunlara kimi tam hazır vəziyyətdə olacağıq. Hər 2 matçın əhəmiyyəti bizim üçün eynidir, hər hansısa bir fərq görmürük. Bizim hər 2 qarşılaşmada da yaxşı nəticəyə nail olmaq imkanlarımız mövcuddur” deyə Qutman bildirib.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.