Kaka rəsmən “Milan”da - FOTO
02.09.2013 - 19:58
Kaka rəsmən “Milan”da - FOTO
İspaniyanın “Real” klubundan ayrılan futbolçu Kaka “Milan”a qayıdıb. Apasport.az saytının məlumatına görə bu barədə klub saytı xəbər yayıb.

Tibbi müayinədən keçən 31 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. “Milan”a azad agent kimi keçən Kaka burada ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, 2003 – 2009-cu illər ərzində “Milan”ın şərəfini qoruyan Kaka 65 milyon avro qarşılığında “Real”a transfer olunmuşdu.