İsgəndər Cavadova etiraz: Zənglərə cavab vermir!
02.09.2013 - 23:00
“İcraiyyə Komitəsinin avqustun 14-də keçirilən iclasında qəbul olunan qərarə əsasən, İsgəndər Cavadov AFFA tərəfindən “Kəpəz”ə kurator təyin olunub. Bu münasibətlə onu təbrik etdim, gələcək işlərində müvəffəqiyyətlər arzuladım. Bildirdim ki, vaxt azdı, tez bir zamanda komandanı formalaşdırmaq lazımdı. Ancaq o, Fransaya gedəcəyini və Gəncəyə avqustun 23-24-də gələ biləcəyini dedi. O vaxtadək komandanı formalaşdıra biləcəyimi bildirdim. Ancaq razı olmadı. Sponsorlarla danışmalı olduğunu və ondan sonra addımlar atılacağını qeyd etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu, “Kəpəz” klubunun sabiq baş məşqçisi Mehman Allahverdiyev deyib.
AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirdiyi sonuncu iclasında qəbul olunan qərarlardan biri də Gəncə futbolu ilə bağlı idi.
Azərbaycanın ikinci ən böyük şəhərini təmsil edən “Kəpəz”ə sponsorun tapılması və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun kluba kurator təyin olunması gələcəyə nikbin baxmağa əsas verirdi. Ancaq həmin vaxtdan indiyədək müsbət mənada hansısa ciddi dəyişiklik olmayıb.
Allahverdiyev kluba kurator təyin olunan Cavadovla əlaqə saxlamaq istədiyini, ancaq zənglərinə cavab vermədiyini bildirdi: “Qəbul olunan qərardan 20 gün keçsə də, o vaxtdan indiyədək ortada ciddi iş yoxdu. Gəncədə hamı həvəslə gözləyir ki, komanda bu gün-sabah formalaşacaq, məşqlərə başlayacaq. Sentyabrın 5-də I divizionun püşkü atılacaq. Bildiyim qədərilə sentyabrın 14-də də çempionat start götürməlidi. Hamı məndən komandanın nə zaman məşqlərə başlayacağını soruşur. Amma İsgəndər bəy neçə gündür zənglərimə cavab vermir. Dediyim kimi, çempionatın başlamasına qısa vaxt qalıb, amma ortada nə futbolçu var, nə də komanda. Artıq utanıram zəng etməyə. Arxasınca danışmaq kimi çıxmasın, biz sadəcə, Gəncədə futbolun olmasını istəyirik”.
Kluba Gəncə futbolunu bilən şəxsin kurtator təyin olunmalı olduğunu bildirən Allahverdiyev dəvət olacağı təqdirdə bu vəzifəni yerinə yetirə biləcəyini vurğulayıb: “Hamı AFFA-nın çıxardığı bu qərara çox sevindi. Sevindik ki, Gəncə futboluna diqqət ayrılacaq. Rövnəq Abdullayev çalışır, zəhmət çəkib komandaya sponsor tapır, ancaq bəzi funksionerlər götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Əslində, hamı Gəncə futbolunu bilən, bu işin içində olan birinin kurator vəzifəsini yerinə yetirməsini istəyir. Bizim istəyimiz, arzumuz budur ki, Gəncədə futbol olsun. Biz AFFA prezidenti Rövnəq Abdullayevə muraciət edəcəyik ki, bu vaxtadək Gəncə futbolunun inkişafı üçün hec bir iş görülmədiyindən, bu iş biz gəncəlilərə tapşırılsın”.

0
0