“Arsenal” yeni transferini rəsmən açıqladı
02.09.2013 - 23:01
“Arsenal” yeni transferini rəsmən açıqladı
“Arsenal” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “topçular” İtaliya I divizionunda çıxış edən “Palermo”nun qapıçısı Emiliano Viviano ilə anlaşıb.

27 yaşlı qolkiper London təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, İtaliyalı qapıçı ötən mövsüm də icarə əsasında “Fiorentina”da çıxış etmişdi.