“Xəzər Lənkəran” məşq edir, futbolçular darıxır
03.09.2013 - 02:48
Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” bir günlük istirahətini yekunlaşdıraraq dünən məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” sentyabrın 2-də saat 10:30-da “Qəbələ” Futbol Klubunun Akademiyasına məxsus biri birindən gözəl ot örtüyünə malik 9-meydançadan birində məşqə çıxıb.
Əsasən toplu çalışamlardan ibarət olan hazırlıq prossesi 1 saat 20 dəqiqə davam edib.Təlim-məşq toplantısının ikinci günündə komanda bu gün saat 10:00-da və saat 18:00-da iki məşq keçirəcək.
“Xəzər Lənkəran”ın məskunlaşdığı ”Qafqaz Resort” otelində ötən gün ərzində internet olmayıb. Bu da məşqdən sonra istirahət üçün ayrılan boş vaxtlarında internetdən istifadə edərək əylənən komanda üzvlərinin narazılığına səbəb olub. Görünür bəxtsizliklə yanaşı qeyri peşəkarlıq da “Xəzər Lənkəran”ı addımbaaddım izləyir, istər Lənkəranda,istər Bakıda, istərsə də Qəbələdə…
Mənbə: 12cioyuncu.info

0
0