Superkubokda penaltini qaçıran futbolçu “Çelsi”dən göndərildi
03.09.2013 - 03:58
“Çelsi” belçikalı futbolçusu Romelu Lukaku icarəyə verib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, 20 yaşlı hücumçu mövsümsonuna qədər İngiltərənin digər bir klubu “Everton”un şərəfini qoruyacaq.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, “Bavariya” ilə UEFA Superkubok oyununda sonuncu penaltini qola çevirə bilməyib “Çelsi”yə uğursuzluq yaşadan futbolçu məhz bu səbəbdən göndərilib.
Qeyd edək ki, Lukaku ötən mövsüm də icarə əsasında “Vest Bromviç”in formasını geymişdi.

0
0