Daha bir futbolçu “Qalatasaray”dan ayrıldı
03.09.2013 - 04:57
Daha bir futbolçu “Qalatasaray”dan ayrıldı
“Qalatasaray” daha bir futbolçusunu komandadan göndərib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” ispaniyalı yarımmüdafiəçisi Albert Riyera Qətərin “Əl-Rayyan” klubuna transfer olunub.

“Qalatasaray”la 2014-cü ilə qədər anlaşması olan Riyeranın klubdan növbəti mövsümdə alacağı məbləğ qarşılığında müqaviləsi ləğv olunub. Bununla da azad agent olan futbolçu yaxın günlərdə Qətər təmsilçisi ilə 2+1 illik rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Riyera 2011-ci iydə Yunanıstanın “Olimpiakos” klubundan “Qalatasaray”a transfer olunmuşdu.