Rövnəq Abdullayevdən millimizə dəstək
03.09.2013 - 08:58
Rövnəq Abdullayevdən millimizə dəstək
AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun Futbol Akademiyasında Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, bir neçə gündən sonra İsrail millisi ilə görüşəcək komandamıza tövsiyələrini verən Abdullayev futbolçularımıza uğurlar arzulayıb.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat-Qan şəhərindəki eyniadlı stadionda millimiz İsrail yığması ilə qarşılaşacaq.

Mənbə: affa.az