Fabio Luis Ramim özünə klub tapdı
03.09.2013 - 10:59
Fabio Luis Ramim özünə klub tapdı
Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramim özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalı karyerasını vətənində davam etdirəcək.

32 yaşlı yarımmüdafiəçi “Rio Preto” klubuna keçib. Bu komanda San-Paulu ştatının çempionatında çıxış edir. Ölkəmizdə “MKT-Araz”, “Olimpik” və “Bakı”da oynamış Ramim sonuncu klubdan ayrıldığı 2011/12 mövsümündən sonra özünə komanda axtarırdı. Türkiyə təmsilçisinə keçidi baş tutmayan cənubi amerikalı təxminən il yarım klubsuz qaldıqdan sonra vətənində qayıtmağa məcbur olub.

Qeyd edək ki, Ramim millimizdə 16 oyuna 4 qol vurub.