“Qəbələ” hamını qabaqladı
03.09.2013 - 11:58
“Qəbələ” hamını qabaqladı
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın növbəti təlim-məşq toplanışına 24 futbolçu çağırılıb.

Sentyabrın 6-dan 14-dək Bakıda baş tutacaq hazırlıqlarda cəmi 6 klubun üzvləri iştirak edəcək. Millidə ən böyük təmsilçilik isə “Qəbələ”dədir.

Əyalət klubu U-15-ə 7 futbolçu verib: Kamran İbrahimov, Xalid Bayramov, Pərviz Həsənov, Pərviz Novruzlu, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı "Neftçi"), Ceyhun Muxtarlı, Elçin Əsədov, Elvin Pənahov, Nadir Qasımov (hamısı “İnter”), Mir-Emil Həsənov, Tural Əjdərli, Akşin Hüseynov, İlkin Abdullayev, Fərid Nəbiyev, Əli Sadıxov, Nəsib Ələkbərov (hamısı "Qəbələ"), Məmməd Hüseynov, Famin Əliyev, Ülvi İbrahimov (hamısı "Qarabağ"), Şamxal Nəsirov, İbrahim Qədirzadə, Yusif Həsənov (hamısı "Xəzər Lənkəran"), İsmayıl Babayev ("Sumqayıt").

Mənbə: affa.az