Ruslan Abışovun etirafı: Oyun təcrübəm azdır - MÜSAHİBƏ
03.09.2013 - 12:25
Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Milli 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də İsraillə keçirəcəyi oyuna hazırlaşır. Toplanış necə keçir?
- Hər şey yaxşıdı. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir. İsraillə oyuna yaxşı hazırlaşırıq.
- İsraillə Bakıdakı oyunda ən yaxşılardan idiz. Səfərdəki oyunda da sizdən bu cür çıxış gözləmək olarmı?
- Əlbəttə, orda da yaxşı oynamağa çalışacam. Hal-hazırda özümü yaxşı hiss edirəm. Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam.
- Rəqib hansı parametrlərə görə bizdən üstündür?
- İsrail üçün də çox vacib oyundur. Çünki onlar pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, İsrail doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayır. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Bunlara rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik.
- “Rubin”dəki komanda yoldaşın olan və hazırda İsrail yığmasına dəvət edilən Bibras Natxo ilə görüş haqda danışmısınız?
- Təbii ki, onunla söhbətimiz olub. O da Azərbaycanla qarşılaşmanın onlar üçün vacib olduğunu vurğuladı. Qələbə qazanmaq istəyirlər. Mən də ona tələsdiklərini dedim. Yaxşı oyun göstərib, ən azı bir xal qazanmağa çalışacağıq.
- Bakıdakı qarşılaşmada hər ikiniz qol vurmuşdunuz. Bununla bağlı hansı fikri bölüşdünüz?
- Bu, artıq keçmişdə qalıb. Ancaq komanda yoldaşlarım mənə daha çox inanırlar. Fikirləşirlər ki, Azərbaycan İsraildən xal alacaq.
- İsraildən hansı nəticə ilə dönəcəyimizə ümid edirsiniz?
- Rəqibdən qorxmuruq. İstəyirik ki, qələbə qazanaq. Düzdür, dildə bunu demək asandır. Vacib olan bunu oyunla sübut etməkdi. İnanıram ki, bunu bacarıb xalla dönəcəyik. Yenə deyirəm rəqibdən çəkinmək lazım deyil.

0
0