Millimizin oyunlarının başlama saatı açıqlandı
03.09.2013 - 16:05
Millimizin oyunlarının başlama saatı açıqlandı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Volqoqrad şəhərində təşkil olunacaq yarışda 10-cu qrupda mübarizə aparcaq millimizin iştirakı ilə baş tutacaq matçların biri Bakı vaxtı ilə saat 14:00-da, digər ikisi isə 18:00-da start götürəcək.

21 sentyabr
14:00 İslandiya - Azərbaycan

23 sentyabr
18:00 Rusiya - Azərbaycan

26 sentyabr
18:00 Azərbaycan – Slovakiya