Saşa Yunisoğlu: Yeni baş məşqçi bizə heç salam vermir
03.09.2013 - 16:42
“Mən “Dənizlispor”a köhnə baş məşqçi Özcan Bizatinin vaxtında transfer olunmuşdum. Yeni gələn baş məşqçi ilə aram isə heç də yaxşı deyil”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un mərkəz müdafiəçisi Saşa Yunisoğlu deyib.
Yunisoğlunun yayda Türkiyəyə keçidindən az sonra “Dənizlispor”da baş məşqçi dəyişikliyi oldu. Belə ki, Özcan Bizatinin istefasından sonra onun yerinə Sərdar Dayat təyin edildi.
Ancaq yeni baş məşqçi gəldikdən sonra hər iki futbolçumuz – Saşa Yunisoğlu və Arif İsayev oyun praktikasından məhrum olmağa başlayıb.
Bu məsələ ilə bağlı millinin sabiq müdafiəçisinin fikrini öyrəndik. Onun sözlərinə görə, oynamamaqları baş məşqçilərinin öz gətirdiyi futbolçulara güvənməsi ilə bağlıdır: “Yeni baş məşqçi gələndən bizi sevmir. Bizə heç salam belə vermir. Yanımızdan düz keçir. Ona görə də düşünürük ki, bizi heyətdə görmək istəmir”.
Yunisoğlu bildirib ki, ilk turda “Qaziantep BB” ilə görüşdə 90 dəqiqə oynadıqdan sonra məşqçinin ona münasibətinin yaxşı olduğunu fikirləşirmiş: “Ancaq “1461 Trabzon”la oyunda ehtiyatda qaldım. Halbuki, fikirləşirdim ki, bu görüşdə də oynasam, mənə millidən dəvət gələr. Ötən turda da Balıkesirə aparılan 20 nəfərlik heyətdə yer almışdım. Amma oyun vaxtı bildim ki, məni “18-liy”ə salmayıb. Hirsimdən partlayırdım. Əgər məni heyətə salmaq fikrin yox idisə, onda niyə bu səfərə aparmışdın? O, ancaq özünün transfer etdiyi oyunçulara güvənməyi xoşlayır. Belə getsə, onunla şəxsən söhbət etməli olacam”.
Səbuhi TOFİQOĞLU

0
0