“Sumqayıt”ın futbolçusu Almaniya klubunun düşərgəsində
03.09.2013 - 17:11
“Sumqayıt”ın futbolçusu Almaniya klubunun düşərgəsində
Azərbaycan yığmasının futbolçusu Pərdis Fərcad-Azad Almaniyaya qayıdıb. Apasport.az saytının məlumatına görə, milliləşən Almaniya türkü yetirməsi olduğu “Berliner” klubunun düşərgəsindədir. Buna karyerasını “Sumqayıt”da davam etdirən Pərdisin zədəsi səbəb olub.

25 yaşlı futbolçu müalicə üçün məhz alman həkimlərinin yanında olmağı məqsədəuyğun sayıb. Futbolçu “Berliner”in fizioterapevtləri Adrian Markiovski və Vedat Çepikin nəzarətində 1 həftəlik müalicə kursu keçməlidir. Zədəsi o qədər də ağır olmadığından yarımmüdafiəçi formasını itirməmək üçün yüngül məşqlər də edəcək. Bunun üçün Pərdis aşağı dəstə təmsilçisinin baş məşqçisinin sərəncamına da qatılacaq.