PSJ yarımmüdafiəçisini klubdan göndərdi
03.09.2013 - 20:58
PSJ yarımmüdafiəçisini klubdan göndərdi
PSJ futbolçusu Muhammed Sissokonu klubdan göndərib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Belə ki, Paris təmsilçisi ilə 2014-cü ilə qədər müqaviləsi olan 28 yaşlı yarımmüdafiəçinin qarşılıqlı olaraq sözləşməsi ləğv olunub.

Qeyd edək ki, Mali millisinin də üzvü olan Sissoko ötən mövsüm "Fiorentina"da icarə əsasında çıxış etmişdi.