“Qalatasaray”ın Çempionlar Liqası heyəti müəyyənləşdi
03.09.2013 - 23:19
“Qalatasaray”ın Çempionlar Liqası heyəti müəyyənləşdi
Çempionlar Liqasının qrup mərhələsində yarışacaq “Qalatasaray” iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın siyahısında 25 futbolçu yer alıb.

Bu oyunçular arasında İstanbul klubunun yeni transferi Erman Kılıç yer almayıb. Qətərin “Əl-Rayyan” klubuna keçidi gündəmdə olan ispaniyalı Albert Riyera isə iştirak ərizəsinə daxil edilib.

“Qalatasaray” ÇL-də aşağıdakı futbolçulara mübarizə aparacaq:

Qapıçılar: Fernando Muslera, Eray İşcan, Ufuk Ceylan,

Müdafiəçilər: Semih Kaya, Hakan Balta, Orelen Şedju, Emmanuel Eboue, Gökhan Zan, Dani Nounkeu, Səbri Sarıoğlu.

Yarımmüdafiəçilər: Felipe Melo, Səlçuk İnan, Engin Baytar, Əmrə Çolak, Həmid Altıntop, Ceyhun Gülsalam, Uesli Sneiyder, Aydın Yılmaz, Yekta Kurtuluş, Nordin Amrabat, Albert Riyera, Armindo Tue Na Banqna Brumo.

Hücumçular: Didiye Droqba, Burak Yılmaz, Umut Bulut.

Qeyd edək ki, Çempionlar Liqasının B qrupunda yer alan “Qalatasaray”ın rəqibləri “Real” (İspaniya), “Yuventus” (İtaliya) və “Kopenhagen” (Danimarka) klublarıdır.