“Qəbələ” milli komandalarda 10 futbolçu ilə təmsil olunacaq
03.09.2013 - 23:54
"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Apasport.az satının məlumatına görə. Azərbaycanın U-19 millisi 5, U-21 millisi 2, əsas yığma komandası isə 1 "Qırmızı-qaralar"ın bir futbolçusuna dəvət göndərib.
Sloveniya və Qvineya yığmaları hərəyə 1 oyunçunu heyətinə çağırıb.
Azərbaycanın U-19 millisinin sentyabrın 2-dən 5-dək Bakıda, 5-dən 11-dək isə Rusiyanın Novorossiysk şəhərində baş tutacaq təlim-məşq toplanışında "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İsrailə qarşı səfər oyununda Ürfan Abbasov və Amit Quluzadə forma geymək şansı qazanıb.
Volodimir Levin isə Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Gan şəhərində baş tutacaq İsrail - Azərbaycan matçına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına çağırılıb. Bu futbolçular millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq toplanışında olacaq.
Əyalət klubunun daha iki futbolçusu - Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli komandalarının heyətinə dəvət alıb. Kelhar dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya - Albaniya (6 sentyabr) və Kipr - Sloveniya (10 sentyabr) matçlarında yer ala bilər. Qvineya yığmasının kapitanı statusunu daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Misir - Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.
Mənbə: gabalafc.az

0
0