“Mançester Yunayted” 17 yaşlı futbolçu ilə müqavilə imzaladı
04.09.2013 - 01:57
“Mançester Yunayted” növbəti futbolçunu heyətinə qatıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” transfer pəncərəsinin bağlanmasına dəqiqələr qalmış İsveçrə təmsilçisi "Sürix"in müdafiəçisi Saidi Yankonu transfer edib.
İngilis klubu 17 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalayıb. Klubdan müqavilənin müddəti ilə bağlı məlumat verilməsə də, Yanko üçün "Sürix"ə 700 min avro transfer məbləği ödəniləcəyi açıqlanıb.
Qeyd edək ki, “Blue Stars” turnirindəki çıxışı ilə “Mançester Yunayted”in diqqətini cəlb edən Yanko daha əvvəl klubun aşağı yaş qrupunda sınaqdan keçirilib.

0
0