Kollina hakimlərə səsləndi: Siz şəhəri gəzməyə çıxan turist deyilsiniz…
04.09.2013 - 04:47
UEFA-nın hakim-inspektoru Pyerluici Kollina hakimliklə bağlı gələcək planlarından danışıb. Apasport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytına danışan italiyalı sabiq referi maraqlı açıqlamalar verib.
Kollina hakimlərin fiziki hazırlığına diqqət çəkib: “Hakimlər də əslində idmançıdır. Futbol get-gedə daha da sürətli oynanır. Əgər idmançı deyilsəniz, müasir futbolla ayaqlaşa bilməzsiniz. Meydanda futbolçu və hakim arasında fiziki cəhətdən fərq olmamalıdır. Bu bizim nail olmaq istədiyimiz hədəfdir. Buna görə də, referilər qidalanmalarına da fikir verməlidirlər. Hakim unutmamalıdır ki, o, şəhəri gəzməyə çıxan turist deyil, o, vəzifə başındadır. Bu dediklərim yalnız baş hakimlərə deyil, hamısına aiddir”.

0
0