“Atletiko” yarımmüdafiəçisi ilə müqavilə yenilədi
04.09.2013 - 05:57
“Atletiko” yarımmüdafiəçisi ilə müqavilə yenilədi
“Atletiko” daha bir futbolçusu ilə müqavilə yeniləyib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçisi Koke ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Koke “Atletiko” klubunun yetirməsidir.