Futbolçularımızın baş məşqçisindən hesabat istənildi
04.09.2013 - 09:21
Futbolçularımızın baş məşqçisindən hesabat istənildi
Millimizin sabiq futbolçuları Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor”da gərgin anlar yaşanır. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının I divizionunda mübarizə aparan komandanın hesabat turunda “Balıkesirspor”a 0:3 hesabı ilə uduzması daxili ab-havanı daha ağırlaşdırıb.

Vəziyyət o həddə çatıb ki, klub rəhbərliyi baş məşqçi Sərdar Dayatdan hesabat tələb edib. Çalışdırıcı isə heyətin yetərsiz olduğunu, istədiyi mövqelərə, xüsusən də orta xəttə 3 futbolçunun alınmadığını əsas gətirərək, özünü müdafiə edib. Həmyerlilərimizə əsas heyət oyunçusu gözü ilə baxmayan Dayat bununla da məsuliyyəti öz üzərindən atıb.

Yeri gəlmişkən, yaxın günlərdə maddi baxımdan sıxıntı çəkən klubun idarə heyətində istefaların olacağı bildirilir. Digər tərəfdən, “Balıkesirspor”a məğlubiyyətdən sonra istirahətə buraxılan komanda bu gündən etibarən növbəti turda qəbul edəcəyi “Samsunspor”la matçın hazırlıqlarına başlayıb.

Qeyd edək ki, 3 turdan sonra hesabında 3 xal olan “Dənizlispor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.