Ruslan Abışov da 24 nəfərlik siyahıya düşdü
04.09.2013 - 09:32
Rusiyanın “Rubin” klubu Avropa Liqasının qrup mərhələsində iştirak edəcək heyəti müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, UEFA-ya göndərilən iştirak ərizəsində 24 futbolçu yer alıb. Komandanın əsas heyətinə düşməkdə çətinlik çəkən Azərbaycan millisinin futbolçusu Ruslan Abışov da bu siyahıya daxil edilib.
Qeyd edək ki, Kazan təmsilçisi qrup mərhələsində "Viqan" (İngiltərə), "Maribor" (Sloveniya) və "Zulte Vareqem" (Belçika) klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Kazan təmsilçisi qrup mərhələsində "Viqan" (İngiltərə), "Maribor" (Sloveniya) və "Zulte Vareqem" (Belçika) klubları ilə mübarizə aparacaq.
0
0