Bakıda debüt etdi, “Pulkovo” aeroportunda həbs olundu
04.09.2013 - 10:07
Bakıda debüt etdi, “Pulkovo” aeroportunda həbs olundu
Rusiya millisinin futbolçusu Aleksandr Buxarov xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, “Zenit” klubunda çıxış edən hücumçu Sankt-Peterburqun “Pulkovo” aeroportunda saxlanılıb.

Sərxoş vəziyyətdə olan futbolçu hava limanında qarşısına çıxan qızlara sataşıb, siqareti yerə döşənən xalçanın üstündə söndürüb. Bunlar azmış kimi bakalı sındıran Buxarov ətrafında olanları söyüb. Bütün bunlar polislərin diqqətindən yayınmayıb.

Saxlanılan Aleksandrın Kazana uçmasına icazə verilməyib. Xuliqanlıq üzündən bölməyə aparılan futbolçu gecəni orada keçirib. 7 saat saxlanıldıqdan sonra Buxarov məhkəməyə qədər buraxılıb. Onu 1000 Rusiya rublu cərimədən 15 sutka həbsədək gözləyir.

Qeyd edək ki, Buxarov millidə 2 oyun keçirib. Onun debüt matçı 2009-cu il oktyabrın 14-də Bakıda, “Tofiq Bəhramov” adına stadionda gerçəkləşib. DÇ-2014-un Azərbaycan yığması ilə qarşılaşmasının (1:1) 64-cü dəqiqəsində Vladimir Bıstrovu əvəzləyən hücumçu ilk dəfə yığmanın heyətində meydana çıxmışdı.