Millimizin ilk rəqibi İrlandiya olacaq
04.09.2013 - 10:41
Millimizin ilk rəqibi İrlandiya olacaq
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi qrupun oyunlarının vaxtı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, İsveçdə mübarizə aparan III qrupda çıxış edəcək yığmamız ilk oyununu İrlandiyaya qarşı keçirəcək. Növbəti oyununu Bosniya və Herseqovinaya qarşı keçirəcək Arid Əsədovun yetirmələri son tura meydan sahibləri ilə görüşəcək.

10 oktyabr
17:00. İrlandiya – Azərbaycan
Angelholm. “Angelholms” stadionu

12 oktyabr
17:00. Azərbaycan – Bosniya və Herseqovina
Landskrona. “İdrottsplats” stadionu

15 oktyabr
17:00. İsveç – Azərbaycan
Landskrona. “İdrottsplats” stadionu