Məsut Özil: Nə edəcəyimi bilirəm...
04.09.2013 - 10:50
Məsut Özil: Nə edəcəyimi bilirəm...
“Arsenal”ın düşərgəsinə qoşulmağı səbirsizliklə gözləyirəm. Arsen Vengerə inanıram. Onunla telefonla danışdım, mənə güvəndiyini, planlarını söylədi. Lukas Podolski və Per Mertezakerlə bir arada olmaq da xoşdu. Komandanın möhtəşəm azarkeşləri olduğu barədə eşitmişəm. Üstəlik, şəhər də gözəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri türk əsilli almaniyalı futbolçu Məsut Özil deyib.

“Transfer pəncərəsi”nin sonuncu günündə 47 milyon avro qarşılığında Madrid “Real”ından “Arsenal”a transfer olunan pleymeyker London klubun rəsmi saytına ilk müsahibəsini verib.

Özil seçimini bu cür izah edib: “Vengerin mənə olan güvəni inkişafıma kömək edəcək. Dünya çempionatına qədər ideal forma toplamaq istəyirəm. Nə edəcəyimi bilirəm, potensialımın fərqindəyəm. İstənilən komandaya uyğunlaşa bilərəm”.