101 xalla irəli!
04.09.2013 - 11:29
101 xalla irəli!
FİFA-nın son reytinq cədvəlində 298 xalla 115-ci yerdə olan Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsinin İsraillə oyunundan sonra xeyli irəliləyə bilər. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də qarşılaşmanın dəyəri müəyyənləşib.

Belə ki, Malta ilə avqustun 14-də baş tutan görüşdən sonra xalları 290-a qədər azalan komandamız Ramat-Qan şəhərində qələbə qazansa, hesabını 391-ə çatdıracaq. Qələbənin gətirəcəyi 101 xal isə rekordla da nəticələnə bilər.

Məsələ ondadır ki, 391 xal hətta 90-cı yerə qalxmağımıza da kifayət edə bilər. Həmin 25 pilləlik sıçrayış 3 il əvvəlki ən yüksək nəticəmizin təkrarı olacaq. Həmin mövqe isə digər yığmaların da oyunlarından asılı olacaq.

Ramat-Qandakı heç-heçə də millimizi irəli salacaq. Bərabərlik 52,5 xal gətirəcək ki, bunun sayəsində ümumi reytinqimiz 342,5-ə çatacaq. Bunun isə təxminən 101-102-ci yerlər üçün yetərli olması mümkündü.

Berti Foqtsun yetirmələri səfərdən məğlub qayıtsa daha 13 xal itirəcək. Hesabındakı xallar 277-ə qədər azalacaq millimiz bir az da geriləyəcək. Belə olan halda, hətta 12-ci “onluğ”u tərk etmək təhlükəsi də mövcuddur.