Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlandı
04.09.2013 - 11:46
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail millisini qonağı olacaq yığmamız sabah yerli vaxtla saat 18:00-da məşqə çıxacaq. Apasport.az saytının məlumatına görə, Ramat-Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək məşqin ilk 20 dəqiqəsi mətbuat nümayəndələri və azarkeşlər üçün açıq olacaq.
Sentyabrın 6-da isə, "Hilton Tel-Aviv" mehmanxanasında millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Almaniyalı çalışdırıcı saat 12:00-dan etibarən media nümayəndələrinin suallarını cavablandıracaq.

0
0