“Rəvan” I divizion klubu ilə qarşılaşacaq
04.09.2013 - 12:08
“Rəvan” I divizion klubu ilə qarşılaşacaq
Yığma komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Rəvan” yoxlama görüşü keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi I divizionda mübarizə aparan "Şahdağ”la qarşılaşacaq.

Oyun sentyabrın 7-də "Bayıl Arena"da keçiriləcək. Saat 18:00-da başlayacaq qarşılaşma hazırlıq mərhələsinin bir hissəsi olduğundan, baş məşqçi Vladislav Qədirov bütün futbolçulara şans vermək niyyətindədi.