Pley-offda Azərbaycan təmsilçisi
04.09.2013 - 12:10
Pley-offda  Azərbaycan təmsilçisi
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları zamanı iş başında olacaq.

Məmmədov sentyabrın 24-də keçiriləcək Hollandiya - Bosniya və Herseqovina oyununun hakim-inspektoru funksiyasını yerinə yetirəcək. Bu matç Almeredə baş tutacaq.

Mənbə: affa.az