Yığmamızın 5-ci “7”si
04.09.2013 - 12:53
Yığmamızın 5-ci “7”si
Sentyabrın 7-də İsrail millisi ilə qarşılaşacaq Azərbaycan yığması 5-ci dəfə bu tarixdə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız tarixində 4 dəfə sentyabrın 7-də qüvvəsini sınayıb.

Özünün ilk seçmə matçını – Avro-1996-nın start qarşılaşmasını sentyabrın 7-də uduzan millimiz İtaliya və Almaniya ilə də uğursuzluğa düçar olub. Yığmamız yalnız sonuncu cəhddə ötən il sentyabrın 7-ni xalla başa vurub. Həmin gün Berti Foqtsun yetirmələri indi səfərdə qarşılaşacağı İsraillə Bakıda heç-heçə edib.

7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan 3:0
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya 0:2
7 sentyabr 20010. AÇ. Köln. Almaniya - Azərbaycan 6:1
7 sentyabr 2012. DÇ. Bakı. Azərbaycan – İsrail 1:1