Millidə kütləvi zəhərlənmə
04.09.2013 - 13:01
Millidə kütləvi zəhərlənmə
Venesuela milli komandası xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün Çili ilə seçmə oyunu ərəfəsində yığmada kütləvi zəhərlənmə qeydə alınıb.

Belə ki, venesuelalıların birdən-birə 20 oyunçusunda mədə infeksiyası aşkarlanıb. Bundan əziyyət çəkən futbolçular gecə yatmadığından komandanın məşqi də baş tutmayıb.

Qeyd edək ki, sentyabrın 6-da Çilinin qonağı olacaq Venesuela millisi 4 gün sonra öz meydanında Peru ilə qarşılaşacaq.