“Kəpəz”in baş məşqçisi bəlli oldu - FOTO
04.09.2013 - 14:44
Yeni mövsümü I divizionda keçirəcək Gəncənin “Kəpəz” klubunu çalışdıracaq mütəxəssis dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, dünən Gəncə futbolunun kuratoru təyin olunan Mehman Allahverdiyev bu postu tanınmış simaya həvalə edib.
Belə ki, “Kəpəz”i tanınmış futbolçulardan olan Vidadi Rzayev çalışdıracaq. Baş məşqçinin köməkçisi isə Azər Məmmədov olacaq. Artıq hər iki mütəxəssis yeni vəzifəsinin icrasına başlayıb. Mövsümün startına az vaxt qaldığından, məşqçilər korpusunun qarşısına çempionatda oynayacaq kollektiv formalaşdırmaq tapşırığı qoyulub.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 14-də keçirilən iclası zamanı İsgəndər Cavadov Gəncə futboluna kurator təyin edilmişdi. Lakin “Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev AFFA rəhbərliyinə müraciət edərək yeni layihələrini təqdim edib. Nəticədə assosiasiya kuratorluğu ona həvalə edib.

0
0