Foqtsdan “kəşfiyyat” əmri
04.09.2013 - 15:08
Azərbaycan millisinin məşqçisi Olaf Yansen yığmamızın İsrail oyununa yollanmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb baş məşqçi Berti Foqtsun tapşırığıdır.
Belə ki, almaniyalı mütəxəssis DÇ-2014-ün sentyabrın 7-dəki qarşılaşmasına köməkçisiz yollanmağı lazım bilib. Əvəzində Yansen Rusiyanın Kazan şəhərinə ezam olunacaq. Çalışdırıcı seçmə qrupundakı rəqibimiz Rusiyanın Lüksemburqla ev oyununu izləyəcək.
Qeyd edək ki, Yansen seçmə mərhələnin əvvəlki oyunlarında da “kəşfiyyat” xarakterli səfərlərə yollanıb.

0
0