Yığmamızın sabiq üzvü Superliqa klubuna keçdi
04.09.2013 - 17:10
Yığmamızın sabiq üzvü Superliqa klubuna keçdi
Azərbaycan yığmasının sabiq futbolçusu Murad Hüseynov özünə kub tapıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə “Qəbələ” və “Sumqayıt”ın şərəfini qorumuş milliləşən rusiyalı karyerasını Serbiya Superliqasında davam etdirəcək.

Yığmamızda keçirdiyi 4 oyunda 1 qol vuran Hüseynov bu ölkənin “Sloboda” klubuna keçib. 2010-cu ildə ölkəmizə məhz Serbiyadan gələn futbolçu həmin vaxtadək “Mladost”da çıxış edirdi.

Qeyd edək ki, 2013-cü ilin əvvəlində “Sumqayıt”dan kənarlaşdırılan futbolçu təxminən 8 ay klubsuz qlmışdı.