“Fənərbaxça”nın qapıçısı klubdan ayrıldı
04.09.2013 - 19:43
“Fənərbaxça”nın qapıçısı klubdan ayrıldı
“Fənərbaxça”nın üçüncü qapıçısı Sərkan Kırıntılı digər Superliqa təmsilçisi “Rizespor”a transfer olunub. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Tibbi müayinədən keçən 28 yaşlı qolkiper 2 illik müqaviləyə imza atıb. Sərkan 6 sentyabrda ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Sərkan Kırıntılı 2010-cu ildə “Ankaragücü” klubundan “Fənərbaxça”ya tarnsfer olunmuşdu.