Daha bir futbolçu karyerasını başa vurdu
04.09.2013 - 20:13
Daha bir futbolçu karyerasını başa vurdu
Futbol üzrə Almaniya milli komandasının sabiq üzvü Tomas Hitzlsperqer futbolçu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, Hitzlsperqer özü bu barədə ölkəsinin mətbuatına açıqlama verib.

Belə ki, son olaraq İngiltərə təmsilçisi “Everton”da çıxış edən və ötən mövsümün sonu klubdan göndərilən 31 yaşlı yarımmüdafiəçi özünə klub tapa bilməyib.

O, futbola vida etməsini belə şərh edib: “Futbolu buraxmaq qərarı aldım və bu fikrimdə ciddiyəm. Bədənim artıq dayanmam gərəkdiyini deyir. Son illərdəki ard-arda klub dəyişdirməyim və zədələnməyim fiziki və psixoloji cəhətdən mənə çox təsir etdi. Artıq həyatımda dəyişiklik etmək istəyirəm”.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan və “Ştutqart”, “Latsio”, “Vest Hem” kimi klubların şərəfini qoruyan Tomas Hitzlsperqer Almaniya millisi ilə 52 oyunda iştirak edib.