Ueyn Runinin başı çapıldı - FOTO
04.09.2013 - 20:58
Ueyn Runinin başı çapıldı - FOTO
“Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, təcrübəli hücumçu məşq edərkən komanda yoldaşı Fil Consla toqquşub.

Beləliklə başı çapılan futbolçu dərhal xəstəxanaya aparılıb. Runi bu zədədən sonra İngiltərə yığmasının heyətindən çıxarılıb. O, millinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moldova və Ukrayna ilə keçirəcəyi qarşılaşmalarda iştirak edə bilməyəcək.